28 C
Baku
10 Sentyabr 2025, 15:59
Baş xəbərDigərSosial

Nazir: “Ali təhsil sistemi ilə bağlı bir neçə prioritetimiz var”

Elm və təhsil naziri

“Son illər təhsildə keyfiyyət mədəniyyətinə keçid əsas hədəflərdən biridir. Ali təhsil sistemi ilə bağlı bir neçə prioritetimiz var. Universitetlərin reytinq siyahılarında irəliləməsi əsas hədəflərdəndir”.

Bugun.tv-nin əldə etdiyi məlumata əsasən, bunu elm və təhsil naziri Emin Əmrullayev “Keyfiyyət Təminatı Agentliklərinin fəaliyyətlərinin Avropa Ali Təhsil məkanında Keyfiyyət üzrə Standart və Təlimatlara” həsr olunan kollegial məşvərət iclasında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, reytinq önəmli olsa da, heç də həmişə əsas olmur:

“Başa düşməliyik ki, reytinqlərin formalaşması bir neçə məqamdan asılıdır. Əlimizdə olan statistikaya baxanda 2026-cı ilə qədər bu yolu getmək çağırışlı görünür. Bu da öz növbəsində ali təhsil müəssisələrində proses dəyişikliklərinə gətirib çıxarmalıdır.

Ali təhsilin daha əlçatan olması məhz keyfiyyət göstəricilərinə uyğun olaraq yeni maliyyələşmə mexanizminə əsaslanır. Ali təhsil islahatları istiqamətində gedəcəyimiz yolda universitetlərə muxtariyyət verilməsi artacaq”.

E.Əmrullayev əlavə edib ki, həm Azərbaycanda, həm də Avropada keyfiyyət təminatı sahəsində fərqli yanaşmalar var:

“Eyni olmasa da, uyğunlaşdırılmış model tətbiqi ölkəmizdə də həyata keçiriləcək”.

Mənbə: REPORT

Aynur Camal

Oxşar xəbərlər

Fransa ilə Mali arasında gərginlik: Saxlanılan fransız vətəndaşı diplomatik statusa malikdir

İntizar Əmirova

ABŞ-də prezidentliyə namizəd FTB-ni ləğv edəcəyini vəd etdi

Aynur Camal

Azərbaycanda müəllimlərin aylıq maaşı aşağıdır

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu