12 C
Baku
14 Mart 2025, 20:58
Baş xəbərDünya

Nazir “Avropa müdafiə fondu”nun yaradılmasını təklif etdi

Almaniyanın xarici işlər naziri Annalena Baerbok Avropa qitəsinin təhlükəsizlik və çəkindirmə imkanlarını gücləndirmək üçün “Avropa müdafiə fondu” yaratmağı təklif edib.

Bəyanatında sülhün ancaq güclü Avropa və güclü və azad Ukrayna ilə əldə oluna biləcəyini ifadə edən Baerbok, “Əks təqdirdə (Rusiya prezidenti Vladimir) Putin müharibəni burada da daxil olmaqla daha da irəli aparacaq. Müdafiəmiz üçün amerikalı dostlarımıza güvənə biləcəyimizi hələ də bilmirik” deyib.

Buna görə də Baerbock, avropalıların öz təhlükəsizlikləri üçün məsuliyyət daşımalı və əllərində olan bütün vasitələrlə Avropanın çəkindirmə qabiliyyətini daha da artırmalı olduqlarını vurğulayaraq, “Çünki biz Putinin təcavüzkar imperializmini qiymətləndirməməliyik. Əgər Avropa zəif olsa, Putinin qoşunları Baltikyanı ölkələrdə və ya qonşumuz Polşada bugünkü imkanlarımızdan çox daha qısa müddətdə olacaq” deyib.

Baerbok bildirib ki, Aİ-nin Sabitlik və İnkişaf Paktı zəiflədilməsi Avropa İttifaqına (Aİ) üzv dövlətlərin müdafiə xərclərini daha da artıra bilməsi üçün mühüm addım olacaq.

Bununla belə, Baerbock, xüsusilə dövlət borcu yüksək olan və büdcələrində manevr üçün maliyyə imkanları az olan ölkələr üçün bunun kifayət etməyəcəyinə diqqət çəkərək, “Ona görə də çağırışlara uyğun Avropa müdafiə fonduna ehtiyacımız var” deyib.

Baerbock həmçinin Aİ-də birgə satınalmaların daha strateji hala gətirilməsini və Avropa müdafiə sənayesində əməkdaşlığın daha da artırılmasını istəyib.

“Bu yeni dünyada ancaq güclü və hər şeydən əvvəl özünə güvənən Avropa sağ qala bilər”. Baerbok qeyd edib ki, bu kontekstdə Fransa prezidenti Emmanuel Makron Vaşinqtonda Avropanın maraqlarını açıq şəkildə ifadə edib və eyni zamanda avropalıların transatlantik təhlükəsizliyə mühüm töhfə verdiyini bəyan edib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində yeni təyinat olub

Nigar Məmmədova

Təsadüfən dünyanın ən təhlükəli yolunu seçdilər, ölüm qaçılmazdı!

Aynur Camal

Rusiyadan Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı bəyanat

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu