19 C
Baku
8 Sentyabr 2024, 4:14
Baş xəbərSiyasət

Nazir Peter Siyartonun Azərbaycana səfəri başlayıb

Macarıstanın xarici işlər naziri Peter Siyartonun Azərbaycana rəsmi səfəri başlayıb.

Bu barədə nazir özünün feysbuk hesabında yazıb.

“Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında iştirak etmək üçün Bakıdayam. Cənub Qaz Dəhlizi Məşvərət Şurası ilə yanaşı Xəzər dənizi vasitəsilə elektrik xəttinin çəkilməsi ilə maraqlanan nazirlər də Bakıda toplaşacaq. Cənub-Şərqi Avropadan olan həmkarlarımız da burada olacaqlar. Ümid edirik ki, diversifikasiya planlarının konkretləşdirilməsində mühüm irəliləyiş əldə edə biləcəyik. Azərbaycandan daha çox təbii qazın alınması Mərkəzi Avropada yeni təbii qaz mənbələri baxımından ən real ssenaridir”, – o yazıb.

Qeyd edək ki, Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 9-cu iclası və ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində Nazirlərin 1-ci iclası keçiriləcək. Tədbirdə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya,  Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələrinin iştirakı nəzərdə tutulur.

XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi dörd seqmentdən – “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir.

Mənbə: facebook

Aynur Camal

Oxşar xəbərlər

Məşhur türk rok ifaçısı Erkin Koray dünyasını dəyişdi

Kəmalə Sultan

Ölkənin ikinci böyük elektrik stansiyası təmir edilir – VİDEO

Teymur Əziz

Prezident seçkisi bülleteni Ali Seçki Şurası tərəfindən təsdiqləndi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu