19 C
Baku
8 Sentyabr 2024, 3:25
Baş xəbərSiyasət

Nazir: Rəqabət Məcəlləsi antiinhisar fəaliyyəti sahəsində tənzimləyici çərçivə olacaq

Bugun.tv xəbər verir ki, Rəqabət Məcəlləsi antiinhisar fəaliyyəti sahəsində əsas tənzimləyici çərçivə olacaqdır. Sənəd beynəlxalq praktika, elmi prinsiplər və mövcud iqtisadi şərait nəzərə alınmaqla hazırlanıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin oktyabrın 5-də keçirilən iclasında söyləyib.

Nazir bildirib ki, məcəllə layihəsi rəqabət mühitinin inkişaf etdirilməsi və institusional bazanın möhkəmləndirilməsi istiqamətində inhisarlaşma meyllərinin iqtisadi fəaliyyətə və dövlət büdcəsinə təsirlərinin aradan qaldırılmasına imkan verən əhatəli bir hüquqi çərçivə yaradır. Qanun layihəsi iqtisadi qanunauyğunluqlar çərçivəsində rəqabət neytrallığının təmin edilməsi, hökmran mövqe və bazar gücündən sui-istifadənin qarşısının alınmasına xidmət etməklə yanaşı, təsərrüfat subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına, rəqabət mühitinin qorunmasına və inkişaf etdirilməsinə xidmət göstərəcək.

“Müşahidələr göstərir ki, azad biznes mühiti inkişaf etdikcə, iqtisadi tərəqqi ilə birlikdə bazar uğursuzluqları, inhisarçılıq meylləri, qanundan kənar iqtisadi fəaliyyətin miqyası da genişlənir və iqtisadiyyat üçün bir sıra risklər meydana gəlir. Qanunvericilik bazası adekvat olmadığı hallarda bu risklər iqtisadi fəaliyyətin pozulmasına və inklüziv inkişafın ləngiməsinə səbəb olur. Bu riskləri neytrallaşdırmaq üçün dövlət tənzimlənməsinin səmərəliliyinin artırılması prioritet olmalıdır”, – deyə M.Cabbarov qeyd edib.

 

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Türkiyədə baş verən dağıdıcı zəlzələlər nəticəsində ölənlərin sayı 45 mini keçdi

Nigar Məmmədova

Aliment ödəməmək üçün saxta sənədlə özünü ölü göstərdi

Aynur Camal

Martın 22-də gözlənilən hava şəraiti

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu