4 C
Baku
14 Dekabr 2025, 20:43
Baş xəbərSiyasət

Nazir V.Eyvazov: “BMT ilə faydalı əməkdaşlıq davam etdirilir”

Bugun.tv xəbər verir ki, Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 24-də BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin Mərkəzi Asiya üzrə nümayəndəsi xanım Aşita Mittalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonağı salamlayan nazir BMT-nin bir çox təsisatları ilə Daxili İşlər Nazirliyi arasındakı sıx əməkdaşlıq əlaqələrinin mövcudluğunu, ölkəmizin BMT-nin terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, narkotiklərin dövriyyəsinə, qanunsuz miqrasiyaya və insan alverinə qarşı mübarizə üzrə müvafiq Konvensiya və Protokolların iştirakçısı olaraq, Təşkilatın bir çox xüsusi qurum və orqanları ilə faydalı əməkdaşlıq münasibətlərini davam etdirdiyini vurğulayıb.

Səmimi qəbula görə minnətdarlığnı bildirən xanım Aşita Mittal Azərbaycanda təhlükəsizlik məsələlərinin uğurla həyata keçirildiyini, hüquq-mühafizə, o cümlədən polis orqanlarının bu istiqamətdə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiklərini xatırladıb, BMT-nin Azərbaycandakı strukturları ilə Daxili İşlər Nazirliyi arasındakı əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Aynur Camal

Oxşar xəbərlər

“Bu səfər Azərbaycanın dünya siyasətində artan çəkisini və diplomatik çevikliyini bir daha nümayiş etdirir”

Aynur Camal

İranın hərbi nümayəndə heyəti Ağdamda olub

Bugün TV

Kəlbəcər istiqamətində qeyri-qanuni erməni silahlı dəstələrinin təxribatının qarşısı alınıb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu