25 C
Baku
10 Sentyabr 2025, 10:23
Baş xəbərSosial

Naziri general-polkovnik cənab Vilayət Eyvazov rayon sakinlərini qəbul edəcək

DİN Mətbuat Xidmətindən Bugun.tv-yə daxil olan məlumata görə, Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik cənab Vilayət Eyvazov tərəfindən cari il iyun ayının 13-də İsmayıllı Rayon Polis Şöbəsinin inzibati binasında Ağsu, İsmayıllı, Göyçay, Qobustan, Şamaxı şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 12.06.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Aynur Camal

Oxşar xəbərlər

Naxçıvan sakinindən “TOZ” markalı ov tüfəngi aşkarlanaraq götürüldü

Nigar Məmmədova

Avtomobil dirəyə çırpıldı: 2 yaralı var

Bugün TV

Prezident Pakistanın Baş nazirini qəbul etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu