6 C
Baku
8 Fevral 2026, 23:38
Mədəniyyət

Nazirlik Kukla Teatrında yoxlamalara başlanılmasının səbəbini AÇIQLADI – YENİLƏNİB

Mədəniyyət Nazirliyi Azərbaycan Dövlət Kukla Teatrında araşdırma aparması barədə açıqlama verib.

Nazirlikdən Bugun.tv-yə sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən həyata keçirilən islahatlar çərçivəsində nazirliyin strukturuna daxil olan və strukturuna daxil olmayan tabe qurumların fəaliyyəti yoxlanılır:

“Aşkar edilən nöqsanlarla bağlı müvafiq tədbirlər görülür. Nazirliyin tabeliyində fəaliyyət göstərən teatrlarda da yol verilən pozuntu hallarına dair nazirliyə müraciətlər daxil olub, həmçinin bu barədə mediada məlumatlar yayılıb.

Bununla bağlı Mədəniyyət Nazirliyinin müvafiq əmri əsasında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında xidməti araşdırmanın aparılması üçün komissiya yaradılıb”.

Qeyd edilib ki, xidməti araşdırmanın nəticələri barədə kütləvi informasiya vasitələrinə məlumat veriləcək.

11:34

Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Kukla Teatrında yoxlamalar aparır.

Bugun.tv xəbər verir ki, nazirliyin araşdırmaları noyabrın 18-dən başlayıb.

Yoxlamanın keçirilməsinə rejissor Səidə Haqverdiyevanın mətbuatda səsləndirdiyi iddiaların səbəb olduğu bildirilir.

Qeyd edək ki, S.Haqverdiyevanın sözlərinə görə, mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında biletlərin qiymətinin artırılmasını təklif edib. Keçmiş məmur təklifini Kukla Teatrının ötən ilin dekabr ayında keçirilən 90 illik yubileyində səsləndirib.

Rejissor bildirib ki, teatrın direktoru Rəşad Əhmədzadə təklifə etiraz edib. Bu isə Elnur Əliyevin xoşuna gəlməyib. Həmin görüşdən sonra teatrın illik plan proqnozu 50 faiz artırılıb.

 

Bugün TV

Oxşar xəbərlər

İsraildə yaşayan azərbaycanəsilli müğənni Leyla Valayeva Channel 13-də çıxış etdi

Aynur Camal

Venesiya Film Festivalı üçün 2026 proqramında Asiya kinematoqrafiyası geniş yer alacaq

Aynur Camal

Şuşada Azərbaycanın qəhrəmanlarına həsr olunmuş “Yarımçıq Qalmış” tamaşasının premyerası keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu