Baş xəbərDünya

Nazirliyin mətbu orqanları ilə görüş keçirildi

Bugun.tv-yə daxil olan məlumata görə, Elm və Təhsil Nazirliyinin mətbu orqanlarının redaksiya heyətləri ilə görüş keçirilib.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanovun iştirakı ilə keçirilən görüşdə “Azərbaycan məktəbi”, “Məktəbəqədər və ibtidai təhsil”, “Azərbaycan dili və ədəbiyyat tədrisi”, “Peşə təhsili və insan kapitalı” jurnalları və “Azərbaycan müəllimi” qəzetinin nümayəndələri iştirak ediblər.

Görüşdə çıxış edən nazir müavini Firudin Qurbanov müasir informasiya texnologiyalarının geniş yayıldığı bir dövrdə qəzet və jurnalların əhəmiyyətini itirməməsi baxımdan öz təklif və tövsiyələrini səsləndirib.

Gənclərin maariflənməsində təhsilyönümlü mətbu orqanlarının rolunu xüsusi vurğulayan nazir müavini görüş iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra mətbu orqanların baş redaktorları çıxış edib və onlara verilən dəstəyə görə təşəkkürlərini ifadə ediblər.

Görüşün sonunda mətbu orqanların əməkdaşlarına  Elm və Təhsil Nazirliyinin “Fəxri Fərman” və “Təşəkkürnamə”si təqdim edilib.

Mənbə: Elm və təhsil nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu