14 C
Baku
21 Noyabr 2024, 23:38
Baş xəbərDünya

Nazirliyin saytı kiberhücuma məruz qaldı

Kiberhücum

Bugun.tv xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin internet saytının sındırıldığını bildirib və sənədlərin və məlumat bazasının ələ keçirildiyi iddiaları yayılıb.

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Kenani Xarici İşlər Nazirliyinin internet saytının sındırılması ilə bağlı açıqlama verib.

Açıqlamada sözcü Nasser Kenani nazirliyin rəsmi internet saytının sındırıldığını təsdiqləsədə, sənədlərin və məlumat bazasının ələ keçirildiyi iddialarını isə təkzib edib.

Saytın interfeysinin kiberhücuma məruz qaldığını bildirən Kenani, lazımi ehtiyat tədbirlərinin görüldüyünü və bütün xidmət sistemlərinin aktiv şəkildə ictimaiyyətə açıldığını qeyd edib.

O, “Sosial mediada Xarici İşlər Nazirliyinə aid olduğu ilə bağlı yayılan məlumat yalan və əsassızdır. Bunun bu gün baş verənlərlə (kiberhücum) heç bir əlaqəsi yoxdur və sadəcə medianın şişirtməsidir”.

İran mətbuatında yer alan xəbərə görə, bir haker qrupunun hücumu nəticəsində Xarici İşlər Nazirliyinin internet saytı bir müddət fəaliyyətini dayandırıb. Hücumu həyata keçirən qrup nazirliyin bir çox məxfi sənədlərini ələ keçirdiyini iddia edib.

Müsadirə edilən məlumatlar arasında şəxsiyyəti təsdiq edən sənədlər, nazirliyin yazışmaları, telefon nömrələri və minlərlə nazirlik əməkdaşının siyahısı olduğu iddia edilib.

Hack edilmiş saytın ana səhifəsində ölkədə terror təşkilatı sayılan Xalq Mücahidləri Təşkilatının liderlərinin fotoları ilə yanaşı bir müddət “Xamneyiyə ölüm, yaşa Recevi” ifadəsi də peyda olub.

Xatırladaq ki, “Kıyam ta Serneguni” (Qalib olana qədər Mücadilə) adlı haker qrupu daha əvvəl İslam Mədəniyyəti və Ünsiyyət Qurumunun internet saytını sındıraraq 200 min fayl və sənədi ələ keçirdiklərini iddia etmişdi.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Bu şəhərlərin sahillərində çimmək qadağandır

Bugün TV

TikToka daha bir zərbə

Nigar Məmmədova

“TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu