17 C
Baku
10 İyun 2025, 9:25
Baş xəbərDünya

Nazirə pomidorla hücum etdilər

İsveç parlamentində xaos yaşandı!

İsveç xarici işlər naziri Maria Malmer Stenergard İsveç parlamentindəki çıxışından sonra kreslosuna qayıdarkən pomidorla hücuma məruz qalıb. Stenergard hücumdan sonra parlamentdən qaçıb. Hücuma görə 3 nəfər saxlanılıb.

Xarici işlər naziri Mariya Malmer Stenerqardın çıxışından sonra İsveç parlamentində xaos yaşanıb. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının “İsrailin işğal etdiyi Fələstin torpaqlarını qanunsuz işğalına” bir il ərzində son qoymasını tələb edən qətnamə ilə bağlı iclasda İsveç naziri Stenerqarda pomidorla hücum edilib.

Çıxışdan sonra kreslosuna qayıdarkən pomidorla hücuma məruz qalan Stenergard hücumdan sonra parlamentdən qaçıb.

İsveç mətbuatında yer alan xəbərlərə görə, bir nəfər “İsraili dayandır, onlar terrorçudur”, digəri isə “Qorxaq qaçır” qışqırıb. Xəbərlərdə atılan pomidorların torbada olduğu və Stenerqarddan iki sıra arxaya düşdüyü bildirilib.

Xəbərdə 3 nəfərin parlament mühafizəsi tərəfindən saxlanılaraq polisə təhvil verildiyi bildirilib.

İsveçin baş naziri Ulf Kristersson hadisə ilə bağlı təhqiqat aparılmasını istəyib və parlamentdə təhlükəsizliyin təmin edilməsi üçün “güclü tədbirlər” görülməsini istədiyini bildirib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

“Ötən il Çinlə Azərbaycan arasında tranzit daşımalarında 86 faiz artım oldu”

Aynur Camal

“İranda 40 milyona yaxın azərbaycanlı fars rejiminin əlində əsirdir”

Nigar Məmmədova

Rusiyadan NATO-ya yeni üzv olan Finlandiyaya qarşı sərt addım

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu