9 C
Baku
20 Fevral 2026, 5:06
Baş xəbərDünya

Neft-kimya zavodunda partlayış: 3 yaralı var

Rusiyada neft-kimya müəssisəsində partlayış baş verib. Partlayış nəticəsində 3 nəfər yaralanıb.

Rusiyanın Başqırdıstan vilayətində yerləşən Sterlitamak adlı neft-kimya müəssisəsində boru kəmərində partlayış baş verib. Partlayışdan sonra boru xəttində yanğın baş verib, hadisə nəticəsində 3 nəfər xəsarət alıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadası göndərilsə də, partlayışın səbəbi hələlik məlum deyil. Bildirilib ki, partlayış obyektdə istehsala təsir göstərməyib.

Moskvadan 1500 kilometr şərqdə yerləşən zavod benzin və təyyarə yanacağı üçün yüksək oktanlı əlavələr istehsal edir.

Mənbə:  Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Kremlin: İranla birgə dəniz təlimləri əvvəlcədən planlaşdırılıb

Aynur Camal

Polşa Baş naziri vətəndaşlarını təcili İranı tərk etməyə çağırıb

Aynur Camal

Hindistanda AI Expo 2026 sərgisi diplomatik tədbirlər səbəbilə bağlanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu