enerji investisiya xəbərləri,
Dünya

Neftin qiyməti 100 dollara yaxınlaşdı

Bugun.tv xəbər verir ki, dünya enerji bazarında neftin qiyməti yüksəlməkdə davam edir. “Reuters”in məlumatına görə, Brent markalı neftin qiyməti bir barel üçün 100 dollara yaxınlaşıb.

Qiymət artımının əsas səbəbi Yaxın Şərqdə hərbi qarşıdurmanın daha da kəskinləşməsidir. İranla ABŞ arasında baş verən son hücumlar, İranın Hörmüz boğazı ətrafında hərəkətlər və husilərin Səudiyyə Ərəbistanına hücumları enerji təchizatı ilə bağlı narahatlığı artırıb.

Brent nefti artıq ardıcıl dördüncü sessiyada bahalaşıb. ABŞ-ın WTI markalı neftinin qiyməti də yüksələrək 94 dollardan yuxarı səviyyəyə çatıb.

Analitiklər hesab edirlər ki, əsas risk neft hasilatının deyil, onun dünya bazarına çatdırılmasının pozulmasıdır. Hörmüz boğazı qlobal enerji daşımaları üçün mühüm marşrutlardan biri olduğundan bölgədə uzunmüddətli böhran yaranması qiymətləri daha da yüksəldə bilər.

Neftin bahalaşması isə yanacaq qiymətləri ilə yanaşı, nəqliyyat və istehsal xərclərinə də təsir edə bilər. Bu, bir sıra ölkələrdə inflyasiya təzyiqinin artmasına səbəb ola bilər.

Bazar iştirakçıları Yaxın Şərqdə vəziyyətin necə inkişaf edəcəyini diqqətlə izləyirlər.

Mənbə: news.sbs

Aynur Camal

Oxşar xəbərlər

Kiyevdə ərzaq qıtlığı və qiymət artımı təhlükəsi artır

Aynur Camal

Anadolu Agentliyi — Siqaret həm qadınlarda, həm kişilərdə məhsuldarlığı azalda bilər

Aynur Camal

CNN — Nəhəng dinozavrların yumurtaları aşkarlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu