7 C
Baku
21 Dekabr 2025, 13:46
Dünya

Nepalda TikTok-a giriş qadağan edildi! 9 aydan sonra silindi

Nepalda hökumət “ölkədə ictimai quruluşa zərər verdiyi” səbəbiylə qadağan edilən TikTok-u yenidən açmağa qərar verib.

Nepalın Rabitə və İnformasiya Texnologiyaları naziri Prithvi Subba Gurung TikTok-a qoyulan qadağanın Nazirlər Şurasının iclasında müzakirə edildiyini bildirib.

Yığıncaqda TikTok-a giriş qadağasının aradan qaldırılmasına qərar verildiyini ifadə edən Gurung, Baş nazir Khadga Prasad Oli-nin bütün sosial media platformalarına bərabər rəftar edilməsi üçün göstərişlər verdiyini də ifadə etdi.

Hökumət həmçinin bütün sosial media platformalarından Nepalda əlaqə ofisləri açmağı, vergiləri ödəməyi və ölkənin qanun və qaydalarına əməl etməyi xahiş edib.

Çin sosial media platforması TikTok-a giriş 2023-cü ilin noyabrında platformanın “ölkədə sosial quruluşa zərər verdiyi” səbəbi ilə qadağan edilib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

ESA: Yer orbitində çoxlu kosmik tullantı toplanıb

Aynur Camal

NASA-dan qeyri-adi meteoritin yaxından çəkilmiş şəkli

Aynur Camal

Meşə yanğınlarında 40 min hektardan çox ərazi yanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu