Dünyaİqtisadiyyat

Neradko: “Rusiya bu il bir sıra ölkələrlə hava əlaqəsi aça bilər”

Rusiya bu il Myanma, Monqolustan, Cənubi Koreya, Cənubi Afrika Respublikası, Əlcəzair və bir sıra digər ölkələrlə hava əlaqəsi aça bilər.

Bugun.tv xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Aleksandr Neradko bildirib.

“Myanma ilə hava əlaqəsinin açılması, bu il Vyetnam, Monqolustan, Səudiyyə Ərəbistanı, Cənubi Koreyaya uçuşların bərpası işlənmə mərhələsindədir. Rusiya aviaşirkətləri Efiopiyadan Cənubi Afrika, Əlcəzair, Tunis və digər ölkələrə uçuş imkanını nəzərdən keçirirlər”,- Neradko qeyd edib.

O, əlavə edib ki, hazırda Rusiya aviadaşıyıcıları 34 ölkəyə uçuşlar həyata keçirir.

Mənbə: TASS

Bugün TV

Oxşar xəbərlər

Vüqar Bayramov: İrandakı müharibə Azərbaycanın istehlak bazarına məhdud, lakin struktur təsirlər göstərə bilər

Aynur Camal

Rusiya–Ukrayna müharibəsində gərginlik artmaqda davam edir

Aynur Camal

Növbəti “qırmızı Ay” tutulması gəlir (Blood Moon)

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu