17 C
Baku
18 Oktyabr 2024, 8:23
Baş xəbərDünya

Netanyahu: Biz Hizbullaha vəhşicəsinə hücum etməyə davam edəcəyik

İsrailin baş naziri Benyamin Netanyahu İsrail ordusunun paytaxt Beyrut da daxil olmaqla bütün Livana zərbələr endirməyə davam edəcəyini açıqlayıb. Netanyahu Hayfa şəhərinin cənubunda İHA hücumunun hədəfi olan Qolani təlim bazasına baş çəkib.

Burada çıxış edən Baş nazir Netanyahu İsrail ordusunun Livandakı hücumlarını davam etdirəcəyini ifadə edərək, “Açıq şəkildə bildirmək istəyirəm ki, Beyrut da daxil olmaqla Livanın hər yerində Hizbullaha amansızcasına hücum etməyə davam edəcəyik” deyib.

İsrail ordusu dünən Hizbullahın Hayfa şəhərinin cənubundakı Qolani hərbi bazasına həyata keçirdiyi pilotsuz uçuş aparatı (PUA) hücumunda 4 əsgərin şəhid olduğunu, 7-si ağır olmaqla 58 əsgərin yaralandığını açıqlayıb.

Hizbullah tərəfindən verilən açıqlamada, “müqavimətlə həmrəylik nümayiş etdirmək üçün Hayfa şəhərinin cənubunda Binyamina bölgəsində İsrail ordusunun Qolani Briqadasının təlim bazasına İHA donanması ilə hücum edildiyi bildirilib. Qəzzada Fələstin xalqının, Livan və xalqını müdafiə etmək, Beyrutdakı Basta və Nuveyri məhəllələrinə edilən hücumlara cavab vermək üçün bunun təşkil edildiyi ifadə edilib.

İsrailin Livandakı hücumları nəticəsində 2309 nəfər ölüb

2023-cü il oktyabrın 8-dən Hizbullahla nəzarətli toqquşmaları davam etdirən İsrail ordusu sentyabrın 23-də Livanın cənub şəhərləri ilə yanaşı Bekaa və Baalbek bölgələrinə də yüzlərlə hava zərbəsi endirib.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü il oktyabrın 8-dən bu yana 104-ü uşaq və 194-ü qadın olmaqla, ümumilikdə 2309 nəfər ölüb, 10782 nəfər yaralanıb.

Hizbullah lideri Həsən Nəsrullah sentyabrın 27-də İsrail ordusunun Beyruta endirdiyi hava zərbələri nəticəsində öldürülüb.

Hizbullah İsrailə raket və raketlərlə cavab verir. Əsasən İsrail tərəfindəki ordu bazalarını hədəf alan bu hücumlarda ciddi itkilər qeydə alınmayıb.

İsrailin bombardmanları nəticəsində Livanda 100 min insanın didərgin düşdüyü təxmin edilir.

Ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimala köç dalğası davam edərkən, Livan hökuməti köçkünlərin 430 mindən çoxunun Suriyaya köç etdiyini açıqlayıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Krandan su içən 150 nəfər xəstəxanaya müraciət etdi

Bugün TV

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi 27 Sentyabr – Anım Günü ilə bağlı müraciət etdi

Bugün TV

Köməksiz qalan 32 miqrant helikopterlə xilas edilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu