19 C
Baku
12 Oktyabr 2025, 22:20
Dünya

Netanyahu dünən qəbul etdiyi planı rədd etdi! Qəzzanın işğalı davam edəcək

ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu dünən Ağ Evdə keçirilən görüşdə 20 bəndlik sülh planı üzrə razılığa gəliblər. Tramp bildirib ki, plan İsrail qoşunlarının Qəzzanın böyük hissəsini tərk etməsini nəzərdə tutur. Netanyahu birgə mətbuat konfransında Trampın təklifini yüksək qiymətləndirib və planın İsrailin məqsədlərinə zidd olmadığını bildirib.

İsrailin baş naziri bu gün verdiyi açıqlamada Qəzzanın işğalının davam edəcəyini bildirərək planını dəyişib.

HƏMAS təklifi almadıqlarını açıqlayıb.

HƏMAS hələ də ABŞ prezidenti Donald Trampın Qəzza planına rəsmi cavab verməyib. HƏMAS-ın yüksək səviyyəli rəsmisi bazar ertəsi günü 20 bəndlik mətni almadıqlarını bildirib.

AFP-nin məlumatına görə, məsələ ilə tanış olan başqa bir məmur Qətər və Misirdən olan vasitəçilərin sənədi HƏMAS-a çatdırmaq üçün hərəkətə keçdiyini bildirib.

Adının açıqlanmasını istəməyən mənbə Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani və Misir Kəşfiyyat İdarəsinin rəisi Həsən Mahmud Rəşadın HƏMAS-ın müzakirəçiləri ilə görüşdüyü barədə məlumat paylaşaraq, tərəflərin 20 bəndlik planı müzakirə etdiklərini bildirib.

HƏMAS-ın danışıqlar qrupu vasitəçilərin onlara təqdim etdiyi planı diqqətlə nəzərdən keçirəcəklərini açıqlayıb. Səlahiyyətlilər təklifə baxıldıqdan sonra cavab verəcəklərini bildirdilər.

Netanyahu melodiyasını dəyişdi: İşğal davam edəcəkİsrailin baş naziri Benyamin Netanyahu Trampın Qəzza planına əsasən, ölkəsinin Qəzzanın böyük hissəsinin işğalının davam edəcəyini və müstəqil Fələstin dövlətinin qurulmayacağını bəyan edib. X hesabında yazdığı paylaşımda Netanyahu Trampla görüşünü dəyərləndirərək, “HƏMAS İsraili küncə sıxışdırmaqdansa, HƏMAS-ı küncə sıxışdırdılar” ifadəsini işlədib. İsrailin baş naziri iddia edib ki, “dünya, ərəb və İslam dünyası İsrailin Trampla danışıqlar apardığı şərtləri qəbul etməsi üçün HƏMAS-a təzyiq edir”.

Trampın Ağ Evdə açıqladığı Qəzzada atəşkəs və məhbus mübadiləsi planına toxunan Netanyahu, plana əsasən, “Qəzza zolağındakı bütün israilli məhbusların azad ediləcəyini, İsrailin Qəzzanın böyük hissəsinin işğalının davam edəcəyini” iddia edib. Netanyahu Fələstin dövlətinin qurulmasının Trampın planı ilə qətiyyən baş verməyəcəyini iddia edib, lakin nə Trampın, nə də özünün belə bir şey elan etmədiyini bildirib.

Netanyahu həmçinin xatırladıb ki, Tramp Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasındakı çıxışında Fələstini dövlət kimi tanıyan ölkələri tənqid edib.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Avropa ölkələrindən 10 min hotel “Booking.com”a qarşı kollektiv iddia qaldırdı

İntizar Əmirova

Kovaçiç “Mançester Siti”yə keçməsi barədə danışdı

Nigar Məmmədova

Almaniyada iki nəfər sinaqoqda bıçaqlı hücum planlaşdırmaqda ittiham olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu