28 C
Baku
20 İyul 2025, 22:42
Dünya

Netanyahu “Həmas təslim olarsa, müharibə bitəcək”

İsrailin baş naziri Benyamin Netanyahu “Həmas silahlarını yerə qoysa, İsrailli məhbusları təslim edərsə” Qəzza zolağına hücumlarına son verəcəklərini müdafiə etdi və HƏMAS-ın Qəzza zolağından sürgünə getməsi variantının masada olduğunu iddia etdi.

Netanyahu ABŞ yazıçısı Dan Senora verdiyi müsahibədə, HƏMAS-ın qəbul etdiyi, lakin İsrail tərəfindən rədd edilən atəşkəs və məhbus mübadiləsi razılaşmasının kölgəsində HƏMAS silahlarını yerə qoysa, İsrail Qəzzaya hücumlarını dayandırmağa hazır olduğunu bildirib.

Netanyahu, “Həmas silahlarını yerə qoysa, təslim olsa və əsirləri təhvil versə, müharibə sabah bitə bilər. (HƏMAS rəhbərliyinin) sürgünə getmək variantı hələ də qüvvədədir, biz bunu hər zaman müzakirə edə bilərik, amma ən mühüm məsələ silahlarını yerə qoysalar, müharibə bitəcək” deyib.

HƏMAS Hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə mayın 6-da Qətər və Misirin Qəzza zolağında atəşkəs razılaşması ilə bağlı təkliflərini bəyəndiyini bildirib.

Həmas Qətər və Misirin irəli sürdüyü “atəşkəs təkliflərini” təsdiqlədiyini elan etdikdən sonra İsrailin Hərbi Nazirlər Kabineti Rəfahdakı hücumları davam etdirməyə qərar verib.

İsrail ordusu mayın 6-da verdiyi açıqlamada məcburi köçkün fələstinlilərin sığındığı Rəfahın şərqindəki bəzi məhəllələrin boşaldılmasını istəyib və mayın 7-də səhər saatlarında Qəzzanın Rəfah bölgəsinə qurudan hücuma keçdiyini açıqlayıb. Misirlə sərhəd qapısının Qəzza tərəfini ələ keçirdiyini bildirdi.

HƏMAS mayın 10-da verdiyi bəyanatda vasitəçilərin atəşkəs təklifini rədd etməsindən sonra İsrailin əsir mübadiləsi razılaşması və Qəzzada atəşkəslə bağlı danışıqlar strategiyasını nəzərdən keçirəcəyini bildirib.

Oktyabrın 7-dən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 15 mini uşaq və 10 mini qadın olmaqla 35 mindən çox fələstinli həlak olub, 78 min 641 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Mənbə: TrtHaber

Kəmalə Sultan

Oxşar xəbərlər

Ankarada Türkiyə Cümhuriyyətinin 100-cü il dönümü qeyd olunub  

Bugün TV

Akademik Zərifə Əliyeva 102 – “102 ağac əkək” aksiyası

Aynur Camal

Bu ölkələr arasında dövlət sərhədlərinin müəyyən edilməsi prosesi başa çatdı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu