36 C
Baku
20 İyul 2025, 16:36
Baş xəbərDünya

Netanyahu: İsrail Qəzza əməliyyatını HƏMAS məhv edilənə qədər dayandırmayacaq

İsrail Fələstinin radikal HƏMAS hərəkatının məhv edilməsi və anklavda saxlanılan girovların azad edilməsi də daxil olmaqla, əsas məqsədlərini başa çatdırana qədər Qəzza zolağında hərbi əməliyyatını dayandırmayacaq.

Bugun.tv xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

“Üç ay əvvəl HƏMAS dəhşətli qətliam törətdi. Mənim rəhbərlik etdiyim hökumət İsrail ordusuna HƏMAS-ı məhv etmək, girovlarımızı qaytarmaq və Qəzzanın İsrail üçün daha təhlükəsiz olmasını təmin etmək üçün müharibəyə başlamağı əmr etdi. Müharibə o vaxta qədər – biz bütün bu məqsədlərə çatmayanadək dayandırıla bilməz”, – deyə Netanyahu qeyd edib.

Baş nazir ofisinin yaydığı videodakı çıxışında Netanyahu vurğulayıb ki, İsrail Livanla sərhəddə gərginliyin olduğu həm cənubda, həm də şimalda təhlükəsizliyi bərpa etmək niyyətindədir: “Biz HƏMAS-a heç bir yerdə toxunulmazlıq vermirik və həm cənubda, həm də şimalda təhlükəsizliyi bərpa etmək üçün mübarizə aparırıq. O vaxta qədər hər şeyi bir kənara qoymalı və tam qələbə qazanana qədər birlikdə hərəkətə davam etməliyik”.

Ötən il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulması, sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və 200-dən çox girovun, o cümlədən uşaq, qadın və yaşlıların əsir götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıblar. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək, Qəzza, Livan və Suriyanın müəyyən bölgələrinə qarşı cavab tədbirləri görməyə başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.

İntizar Əmirova

Oxşar xəbərlər

Üç bölgədə başlayan meşə yanğınları davam edir

Bugün TV

Fazil Mustafa ikinci dəfə əməliyyat olunub

Aynur Camal

Tanınmış aktyor pəhrizlə 22 kilo arıqladı! Görənlər şok oldu! – FOTO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu