21 C
Baku
11 İyun 2025, 2:27
Baş xəbərDünya

Netanyahu İsrailin ən böyük məqsədini açıqladı

İsrailin baş naziri Netanyahu, İranda hər zamankından daha çox hərəkət azadlığına sahib olduqlarını iddia edərək, “Lazım gəldikdə hər yerə çata bilərik” deyib.

Bir ildən çoxdur Qəzzada qırğınlar törədən İsrail Livan və İrana da hücum edir. Doymaq bilməyən İsrail Baş naziri Binyamin Netanyahu İsrail ordusunun yeni zabitlərinin buraxılış mərasimində çıxış edib. İsrailin son hücumlarında İranın “yumşaq qarnını” hədəfə aldığını deyən Netanyahu, “İrandakı rejim liderlərinin təkəbbürlü sözləri bu gün İsrailin İranda əvvəlkindən daha çox hərəkət azadlığına sahib olduğunu gizlədə bilməz” deyib. “Biz lazım olanda İranın hər yerinə çata bilərik”.

İsrail ordusunun ən böyük məqsədinin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq olduğunu ifadə edən Netanyahu, “Biz bu hədəfdən gözümüzü çəkməmişik, götürmürük və almayacağıq. Bəzi səbəblərdən təfərrüat verə bilmərəm”.

Qəzza və Livana hücumların nə vaxt bitəcəyi ilə bağlı dəqiq bir tarix verə bilməyəcəyini ifadə edən Netanyahu, “Qələbə əldə etmək üçün dəqiq hədəflər qoyuram” deyib.

Hökumətə ünvanlanan tənqidlərə qarşı çıxan Netanyahu müəyyən hədəfə doğru hücumları davam etdirdiklərini bildirib.

İsrailin Yaxın Şərqdəki strateji reallığı dəyişdirdiyini iddia edən Netanyahu ABŞ-ın dəstəyini təqdir edib və ABŞ tərəfinin tələblərinə mümkün olanda “hə”, lazım gəldikdə isə “yox” dediyini bildirib.

Hizbullahla atəşkəs məsələsinə toxunan Netanyahu, İsrail sərhədində tunel şəbəkəsini dağıtmadan, Hizbullahın yeni liderini zərərsizləşdirərək, Hizbullahın əlində olan raketləri məhv etmədən atəşkəs üçün təzyiq edənləri qınayıb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

“Elçilik” filminin qala gecəsi keçiriləcək

Aynur Camal

İsveçin mədəniyyət müəssisələri çətin maliyyə vəziyyəti ilə qarşılaşdı

Bugün TV

Qanunsuz olaraq odlu silah saxlama və yerin təkindən istifadə faktları aşkarlandı.

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu