22 C
Baku
8 Sentyabr 2025, 20:59
Baş xəbərDünya

Netanyahu israillilərdən “səbirli olmalarını” xahiş etdi

İranla gərginliyin davam etdiyi İsraildə soyqırım baş nazir Benyamin Netanyahu ölkəsinin həm müdafiəyə, həm də hücuma hazır olduğunu bəyan edərək, vətəndaşlardan “səbirli və soyuqqanlı olmalarını” istəyib.

Baş nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Netanyahu İsrail ordusunun zirehli bölmələrinə aid bazaya baş çəkib və əsgərlərlə görüşüb.

Netanyahu səfər zamanı verdiyi açıqlamada İsrailin həm müdafiəyə, həm də hücuma hazır olduğunu bildirib.

Qələbəyə doğru irəlilədiklərini iddia edən Netanyahu, “İsrail vətəndaşlarının ayıq-sayıq olduğunu bilirəm və sizdən yalnız bir istəyim var. Səbrinizi və soyuqqanlılığınızı qoruyun” deyib.

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə iyulun 31-də İranın paytaxtı Tehranda qətlə yetirilib.

İran və HƏMAS hücumun arxasında İsrailin olduğunu, Tehran isə Tel-Əviv rəhbərliyinə cavab verəcəyini bəyan edib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

General-mayor Polad Həşimovun xatirəsi yad edilib

Sevinc Sadıqova

O, terminalın tualetində unudulmuş 26 min avronu sahibinə qaytarıb.

Bugün TV

Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin Xll Regional Konfransı keçirildi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu