23 C
Baku
10 İyun 2025, 1:28
Baş xəbərDünya

Netanyahu Misirin atəşkəs təklifini rədd edir

Sionist işğalçı rejimin qondarma baş naziri Benyamin Netanyahu Misir prezidenti Əbdülfəttah əs-Sisinin Qəzzada təklif etdiyi “2 günlük” atəşkəs təklifini rədd edib.

İşğal rejimi mətbuatı qondarma hökumətdəki əksər nazirlərin dəstəyinə baxmayaraq, Benyamin Netanyahunun atəşkəsi rədd etdiyini yazıb.

Bildirilib ki, atəşkəs təklifi Netanyahu, eləcə də hökumətin sionist tərəfdaşları, maliyyə naziri Bezalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvir tərəfindən rədd edilib.

Netanyahu, “məhbus mübadiləsi danışıqlarının yalnız Qəzzaya hücumlar davam etdiyi müddətdə davam edəcəyini” söyləyib.

Xəbərdə işğalçı rejimin təhlükəsizlik bölmələrinin Netanyahunun əksinə olaraq Misirin təklifini dəstəklədiyi vurğulanıb.

Misirin iğtişaşçı prezidenti Sisi işğal rejiminin hücumlarını davam etdirdiyi Qəzza zolağında saxlanılan 4 sionist əsir və bəzi fələstinlilərin mübadiləsi üçün iki günlük atəşkəs təklif etdiklərini bildirib.

Sisi, “Müvəqqəti atəşkəsin daimi atəşkəsə çevrilməsi üçün yaxın 10 gün ərzində danışıqlar aparılacaq” deyib.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Narkokuryerdən 15 kq heroin aşkarlandı

Nigar Məmmədova

Müğənni Xatuna qızıl hədiyyələr gəldi

İntizar Əmirova

Qətlə yetirilən 22 qadın kimdir? – İNTERPOL ÇAĞIRIŞ ETDİ

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu