Rəfaha hücuma hazırlaşan İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS ilə müharibəni bitirəcək yeganə şərti açıqlayıb.
İsrailin baş naziri Benyamin Netanyahu amerikalı yazıçı Den Senora müsahibəsində müharibənin sabah bitməsi şərtini açıqlayıb. Netanyahu bildirib ki, HƏMAS silahlarını yerə qoysa, İsrail Qəzzaya hücumlarını dayandıracaq.
Netanyahu, “Həmas silahlarını yerə qoysa, təslim olsa və əsirləri təhvil versə, müharibə sabah bitə bilər. HƏMAS rəhbərliyinin sürgünə getmək variantı hələ də qüvvədədir, bunu hər zaman müzakirə edə bilərik, amma ən mühüm məsələ silahlarını yerə qoysalar, müharibə bitəcək” dedi.
HƏMAS-ın təsdiqlədiyi atəşkəs masada qaldı
HƏMAS Hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə mayın 6-da Qətər və Misirin Qəzza zolağında atəşkəs razılaşması ilə bağlı təkliflərini bəyəndiyini bildirib. Həmas Qətər və Misirin irəli sürdüyü “atəşkəs təkliflərini” təsdiqlədiyini elan etdikdən sonra İsrailin Hərbi Nazirlər Kabineti Rəfahdakı hücumları davam etdirməyə qərar verib.
İsrail ordusu mayın 6-da verdiyi açıqlamada məcburi köçkün fələstinlilərin sığındığı Rəfahın şərqindəki bəzi məhəllələrin boşaldılmasını istəyib və mayın 7-də səhər saatlarında Qəzzanın Rəfah bölgəsinə qurudan hücuma keçdiyini açıqlayıb. Misirlə sərhəd qapısının Qəzza tərəfini ələ keçirdiyini bildirdi.
HƏMAS mayın 10-da verdiyi bəyanatda vasitəçilərin atəşkəs təklifini rədd etməsindən sonra İsrailin əsir mübadiləsi razılaşması və Qəzzada atəşkəslə bağlı danışıqlar strategiyasını nəzərdən keçirəcəyini bildirib.
Mənbə: Anadolu Agentliyi