Baş xəbər

Netanyahu: Qəzzada israilli məhbuslar azad edilmədən atəşkəs olmayacaq

Bugun.tv xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada israilli məhbuslar azad edilmədən atəşkəsin mümkün olmayacağını bildirib.

Baş nazir Netanyahu, bütün əsirlər geri qaytarılana, HƏMAS bütün Qəzza zolağında, o cümlədən Rəfahda məhv edilənə və Qəzza artıq İsrail üçün təhlükə yaratmayana qədər müharibəni davam etdirəcəklərini deyib.

İsrailin deyil, HƏMAS-ın məhbus mübadiləsi razılaşmasını əngəllədiyini iddia edən Netanyahu Qəzzada israilli məhbuslar geri qaytarılmadan atəşkəsin mümkün olmayacağını beynəlxalq ictimaiyyətə çatdırdığını bildirib.

Aynur Camal

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu