25 C
Baku
10 Sentyabr 2025, 23:10
Dünya

Netanyahu Suriya torpağındadır! O, tutduğu Hermon dağında şəkil şəkdirdi

İsrail Suriyanı addım-addım işğal etmək planını həyata keçirərkən baş nazir Netanyahu bufer zonada yerləşən Hermon dağına getdi. Netanyahu vurğulayıb ki, İsrail ordusu dekabrın 7-dən sonra işğal olunmuş bölgədə təhlükəsizliyi təmin etmək üçün orada qalmağa davam edəcək. Səfərdən sonra görüntülər mətbuata təqdim olunub.

Suriyanın şimalındakı strateji bölgələrdə Suriya ordusunun geri çəkilməsi ilə işğal hərəkatına başlayan İsrail qüvvələri Qolan təpələrində bufer zonanı keçərək 1973-cü ildən sonra ilk dəfə Suriya ərazisinə daxil olub.

İşğal altındakı Qolan təpələrinin İsrailin ayrılmaz hissəsi olduğunu müdafiə edən baş nazir Netanyahu bu gün Suriyaya gedib.

Hermon dağındakı bufer zonada işğalla bağlı mesajlar verən Netanyahu, “İsrailin təhlükəsizliyini təmin edəcək başqa bir tənzimləmə tapılana qədər bu mühüm nöqtədə (Hermon dağındakı işğal altındakı bufer zona) qalmağa davam edəcəyik” deyib.

Netanyahu və müdafiə naziri Yisrael Katz Suriyadakı hadisələri qiymətləndirmək üçün Qolan təpələrindəki Hermon dağına baxış keçirib.

Dekabrın 7-dən sonra Hermon dağında İsrail ordusunun işğal etdiyi bölgədə çıxış edən Netanyahu Suriyadakı son hadisələrin ardından “buranın İsrailin təhlükəsizliyi üçün əhəmiyyətinin artdığını” iddia edib.

Müdafiə naziri Katz ötən həftə verdiyi açıqlamada dekabrın 7-dən sonra qış aylarında Hermon dağının işğal etdiyi bölgədə qalma təlimatı verdiyini bildirib.

Mənbə: Tgrt

Aynur Camal

Oxşar xəbərlər

Sergey Şoyqu belaruslu həmkarı ilə görüşəcək

Nigar Məmmədova

90-cı illərin məşhur müğənnisi pensiyasının azlığından şikayətləndi

Aynur Camal

Fələstinin BMT-yə üzvlüyü BMT Baş Assambleyasında yenidən gündəmə gələcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu