24 C
Baku
11 Sentyabr 2025, 3:01
Dünya

Netanyahu və işçiləri üçün beynəlxalq həbs qərarı!

İsrail Milli Təhlükəsizlik Şurasının baş nazir Netanyahu, müdafiə naziri Gallant və Baş Qərargah rəisi Halevi haqqında beynəlxalq həbs qərarı çıxarmaq imkanını nəzərdən keçirdiyi iddia edilib.

Oktyabrın 7-dən Qəzzada dəhşətli qırğın zəncirləri ilə həyata keçirdiyi soyqırım təşəbbüsünü daha da genişləndirmək istəyən İsrail rejimi, yuxarılarına tətbiq olunacaq beynəlxalq sanksiyalara da ehtiyatla yanaşır.

İsrail mətbuatında yer alan xəbərlərdə Milli Təhlükəsizlik Şurasının baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Gallant və Baş Qərargah rəisi Herzi Halevi üçün beynəlxalq həbs qərarı vermə ehtimalını nəzərdən keçirdiyi iddia edilib.

Kanal 13 xəbər kanalında yer alan iddiaya görə, Milli Təhlükəsizlik Şurasında keçirilən gizli toplantının təfərrüatları yer alıb. Xəbərdə, “İsraildə yüksək səviyyəli rəsmilərin əldə etdiyi məlumata görə, Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsinin Netanyahu, Gallant və Halevi haqqında həbs qərarı çıxarması ehtimalı var” ifadəsi işlədilib.

Qeyd olunub ki, görüş zamanı İsrail həbs qərarı veriləcəyi təqdirdə əks kampaniya da daxil olmaqla bir sıra “təcili tədbirlər”i təsdiqləyib. Xəbərdə Netanyahunun ICJ-nin mümkün qərarının qarşısını almaq üçün Hollandiya, Çexiya və Avstriyadan olan həmkarları ilə görüşəcəyi bildirilir.

Bu çərçivədə İsrailin strateji işlər naziri Ron Dermer və İsrailin Vaşinqtondakı səfiri Mayk Hersoqun ABŞ Konqresi və ABŞ prezidenti Co Bayden administrasiyası ilə təmaslar aparacağı bildirilib.

O bildirib ki, İsrail rəsmiləri beynəlxalq həbs orderlərinin aşağı səviyyəli əsgərlər haqqında deyil, “siyasət təyin edənlər haqqında” veriləcəyini gözləyirlər.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Çiy dəniz məhsulu beyinində narahatlığa səbəb oldu

Aynur Camal

Boeing-in Starliner şatlında 3 helium sızması aşkar edilib

Kəmalə Sultan

Fueqo vulkanı püskürdü! İnsanlar təxliyə edildi, təhsil dayandırıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu