İsrailin baş naziri Benyamin Netanyahu Paris hökumətinin Beynəlxalq Cinayət Məhkəməsinin ona qarşı çıxardığı həbs qərarını icra etməsinə mane olmaq üçün Fransa prezidenti Makronla telefonla danışıb. Netanyahunun görüş zamanı Makrondan gözlənilməz cavab aldığı öyrənilib.
Fransanın RMC radiosunun xəbərinə görə, Fransa prezidenti Emmanuel Makron və İsrailin baş naziri Benyamin Netanyahu keçən həftə Beynəlxalq Cinayət Məhkəməsinin İsrail baş naziri haqqında həbs qərarı çıxarması ilə bağlı telefonla danışıblar.
Netanyahu qəzəbini telefonla bildirərkən Fransadan məhkəmənin müvafiq qərarını icra etməməsini istəyib.
Bu mövzuda Makrondan rəsmi açıqlama olmasa da, RMC-nin müxtəlif mənbələrdən əldə etdiyi məlumata görə, Makron Netanyahuya Fransanın beynəlxalq hüququ tətbiq edəcəyini və hakimin dövlət başçılarına toxunulmazlıq verə biləcəyini bildirib.
Beynəlxalq Cinayət Məhkəməsi noyabrın 21-də Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallantın həbsinə order verib.
Fransanın baş naziri Mişel Barnier parlamentdəki açıqlamalarında Fransanın Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu üçün verdiyi həbs qərarı ilə bağlı beynəlxalq hüquq çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyini bildirib.
Mənbə: TGRT