Baş xəbərDünya

Netanyahunun bəyanatına İraqdan reaksiya

Benyamin Netanyahunun Səudiyyə Ərəbistanı ərazisində Fələstin dövlətinin qurulması ilə bağlı açıqlamalarından sonra İraq Xarici İşlər Nazirliyindən verilən açıqlamada bu cür bəyanatların Fələstin xalqının qanuni hüquqlarını pozduğu bildirilib və “İraq Səudiyyə Ərəbistanının təhlükəsizliyini, sabitliyini və ərazi bütövlüyünü dəstəkləyir” ifadəsi işlədilib.

İsrailin baş naziri Benyamin Netanyahu Səudiyyə Ərəbistanı ərazisində Fələstin dövlətinin yaradılması ilə bağlı açıqlamalar verib.

Netanyahunun açıqlamalarından sonra reaksiyalar uçqun kimi böyüyüb.

Bu kontekstdə İraqdan reaksiya gəldi.

İraq Xarici İşlər Nazirliyindən verilən açıqlamada Netanyahunun açıqlamaları “təxribatçı” olaraq qiymətləndirilir və şiddətlə qınanılıb.

Bəyanatda, “Bu cür bəyanatlar Səudiyyə Ərəbistanının suverenliyinə açıq hücumdur və Fələstin xalqının qanuni hüquqlarını pozur” ifadələri işlədilib.

İraq Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanı ilə tam həmrəy olduqlarını və region ölkələrinin suverenliyinə qarşı istənilən müdaxiləyə qarşı olduqlarını bildirib.

Bəyanatda hər hansı bir ölkə tərəfindən suverenliyin pozulmasının qəbuledilməz olduğu vurğulanıb və əlavə edilib: “İraq Səudiyyə Ərəbistanının təhlükəsizliyini, sabitliyini və ərazi bütövlüyünü dəstəkləyir”.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Sərnişin avtobusu sürüşərək yoldan çıxdı: 1 yaralı var

Bugün TV

Yeni hərbi nizamnamə layihələrinə start verildi

Aynur Camal

13 nəfər toyuq dönərindən zəhərləndi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu