35 C
Baku
20 İyul 2025, 10:41
DünyaSiyasət

Netanyahunun dinləmələrində ABŞ-ın İsraildəki səfiri də iştirak etdi

ABŞ-ın İsraildəki səfiri Mike Huckabee korrupsiya ittihamı ilə mühakimə olunan İsrailin baş naziri Benyamin Netanyahuya dəstək üçün Tel-Əviv Rayon Məhkəməsində keçirilən dinləmədə iştirak edib. İclasdan əvvəl mətbuata açıqlama verən Hukabi Netanyahunun mühakiməsinin şahidi olmağın maraqlı olacağını qeyd edib.

İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, jurnalistlərin məhkəməyə niyə gəldiyini soruşduqda səfir Hukabi “Nə baş verdiyini görməyə gəlmişəm” cavabını verib.

Netanyahunu dəstəkləmək üçün məhkəməyə qeyri-adi şəkildə qatılan Huckabee, hakimlərin verdiyi 10 dəqiqəlik fasilə zamanı Netanyahu ilə görüşüb. Səfir Hukabini İsrail parlamentinin sədri Amir Ohana müşayiət edib.

Huckabee X hesabında etdiyi paylaşımda “Bu gün İsrailin baş naziri Benyamin Netnayahunun Təl-Əvivdə dinləmələrində oldum. Nəticə nə oldu? Prezident Donald Tramp yenə haqlıdır…”

ABŞ prezidenti Donald Trampın Netanyahunun korrupsiya iddiası ilə bağlı mövqeyini açıq şəkildə ifadə etdiyini bildirən Huckabee, “O, prosesə və ya nəticəyə qarışmadı. Bunun öz yolu ilə getməli olduğunu anlayır. Ancaq bu, onun şəxsi məsələsidir. Baş naziri dost hesab edir” deyib.

Bu arada İsrail Ordusu Radiosu dinləmələrin başlamasından təxminən 20 dəqiqə sonra Netanyahunun hərbi katibinin Suriyadakı hadisələrlə bağlı Baş nazirə nota təqdim etdiyini bildirib.

İsrail mediası notanın Netanyahuya çatmasından sonra dinləmənin qısa müddətə təxirə salındığını bildirib.

İyunun 26-da Truth Social-da yazdığı bir yazıda ABŞ prezidenti Tramp Netanyahunun 2019-cu ildən bəri davam edən korrupsiya işlərinə xitam verilməsini tələb edib.

Bu tələbi təkrarlayan Tramp, İsrailin milyardlarla dollar yardım etdiyini bildirərək, Netanyahuya qarşı hərəkətləri ona qarşı “cadugər ovu”na bənzədib və “Biz buna icazə verməyəcəyik” deyib.

21 noyabr 2019-cu ildə İsrailin o zamankı baş prokuroru Avichai Mandelblit, Netanyahuya qarşı üç ayrı korrupsiya işi üzrə iddia qaldırılmasını və onu “rüşvətxorluq, etibara xəyanət və şəxsi maraqlar üçün vəzifə səlahiyyətlərindən sui-istifadə” ilə ittiham edib.

Vəzifədə olarkən mühakimə olunan “İsrailin ilk baş naziri” kimi tarixə düşən Netanyahunun ilk məhkəməsi 24 may 2020-ci ildə Qüds Rayon Məhkəməsində keçirilib. Netanyahu ilk dəfə 10 dekabr 2024-cü ildə ifadə vermək üçün Tel-Əviv Rayon Məhkəməsində hakim qarşısına çıxdı.

Netanyahu “1000”, “2000” və “4000” kimi tanınan üç ayrı korrupsiya işində rüşvət, dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə mühakimə olunur.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Xiaomi, arxa işıqlı tozsoran buraxdı

Aynur Camal

ABŞ-da işsizlik müraciətləri keçən həftə ilə müqayisədə artdı

Aynur Camal

Avtobus alov topuna çevrildi! Ölənlər var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu