21 C
Baku
15 Mart 2025, 15:54
Dünya

New York Times paylaşdı: ABŞ-Rusiya danışıqlarının təfərrüatları

ABŞ və Rusiya arasında danışıqların davam etdiyi bir vaxtda New York Times qəzeti ABŞ-ın Rusiya ilə mümkün razılaşmanın şərtlərini Ukrayna və Avropaya tətbiq etməyəcəyi barədə məlumat paylaşıb. ABŞ dövlət katibi Marko Rubio Ukraynada müharibəyə son qoymaq üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ-Rusiya nümayəndə heyətləri arasında keçirilən görüşdə iştirak edib.

The New York Times Rubionun sözügedən görüşü müzakirə etdiyi görüşdən sonra bəzi Avropa rəsmiləri ilə telefon danışıqlarının təfərrüatlarını əldə edib.

Xəbərdə Rubionun avropalı həmkarlarına telefon danışıqlarında Ukrayna və Avropa ilə bağlı Rusiya ilə hər hansı ikitərəfli razılaşmanın şərtlərini tətbiq etmək planlarının olmadığını dediyi bildirilib.

Buna uyğun olaraq nazir Rubio da Ər-Riyaddakı görüşlərin Rusiyanın sülh prosesindəki səmimiyyətini ölçmək üçün ilk addım olduğunu bildirib.

Diplomatik əlaqələrin normallaşması istiqamətində atılacaq addımların Rusiyanın əsl niyyətlərini anlamaq üçün bir “sınaq” olacağını ifadə edən Rubio, “Moskva bu mövzuda belə irəliləyişə nail ola bilməsə, Ukrayna ilə bağlı ciddi olmadıqları ortaya çıxacaq” deyib.

Rusiyanın davranışında “görünən bir dəyişiklik” olmadıqca ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını ləğv etməyəcəyini söyləyən Rubio, ölkənin ABŞ-ın tələb etdiyi addımları atmağa başlayacağı təqdirdə bəzi sanksiyaların “məhdud şəkildə yumşaldılmasına” icazə veriləcəyini vurğuladı.

Rubio Avropa rəsmilərinə çatdırıb ki, rusların yalnız bir görüş keçirməklə razılaşmaya ciddi olub-olmamasından əmin ola bilməz.

Digər tərəfdən, Rubio bildirib ki, onda belə təəssürat yaranıb ki, Moskva danışıqlar prosesini irəli aparmaq niyyətində ola bilər.

ABŞ və Rusiya nümayəndə heyətləri fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bir araya gəlib, ikitərəfli münasibətlərin normallaşdırılması və Ukraynada müharibəyə son qoyulmasını müzakirə ediblər.

Bu görüş fevralın 12-də ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığından sonra baş tutub. Ər-Riyadda 4,5 saat davam edən danışıqlarda tərəflər gələcəkdə Ukrayna ilə bağlı təmaslarını davam etdirəcəklərini bəyan ediblər.

Lakin prezident Trampın Ukrayna prezidenti Vladimir Zelenskini “diktator” kimi təsvir və tənqid etməsi, Ukraynada müharibəyə son qoymaq üçün ABŞ-Rusiya danışıqlarına Avropa İttifaqı ölkələri və Ukraynanın daxil edilməməsi bu ölkələrdə reaksiyaya səbəb olub.

Bir çox ölkələr Ukrayna və Avropa ölkələrini danışıqlarda iştirak etməyə çağırmışdı.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Hərbi toqquşmalarda ölənlərin sayı 459-a çatdı

Nigar Məmmədova

BMT Baş Assambleyasında bir ilk: Fələstinin İsrailə müraciəti qəbul edildi

Aynur Camal

Prezident 6 fevral zəlzələlərinin 2-ci ildönümü ilə bağlı Ərdoğana mesaj göndəridi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu