17 C
Baku
27 Oktyabr 2025, 4:25
Baş xəbər

Niaqara şəlaləsində fövqəladə vəziyyət elan edildi

Bugun.tv xəbər verir ki, Kanadanın Ontario əyalətinin Niaqara bölgəsində Ayın Yerlə Günəş arasından keçdiyi zaman baş verən tutulma ilə bağlı gözlənilən 1 milyona yaxın ziyarətçi səbəbilə fövqəladə vəziyyət elan edilib.

Səlahiyyətlilər, nəqliyyat sıxlığı, ilk yardım xidmətlərinə artan ehtiyac və cib telefonu şəbəkələrində həddindən artıq yüklənmə kimi vəziyyətlərə hazırlıq görüləcəyini bildirib.

Bələdiyyə sədri Cim Diodati bildirib ki, şəhərin bir günlük ziyarətçi sayı rekord həddə çatacaq. Aprelin 8-də baş verəcək tam Günəş tutulmasını Meksikadan, ABŞ-ın şərqindən və Kanadanın cənub-şərqindən müşahidə etmək olar, lakin Türkiyədən müşahidə etmək mümkün deyil.

Qeyd edək ki, Niaqara bölgəsində müşahidə edilən sonuncu Günəş tutulması 1979-cu ildə olub.

Kəmalə Sultan

Oxşar xəbərlər

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verdi

İntizar Əmirova

İsveçdə “İZ” sənədli filminin təqdimatı olub

Kəmalə Sultan

Lavrov: “Rusiya “Şimal axını” və “Şimal axını 2″ qaz kəmərlərinə qarşı törədilən təxribatın cəzasız qalmamasını tələb edir”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu