20 C
Baku
23 İyun 2025, 7:46
Mədəniyyət

Niderlandlı yazıçı-publisist Henri Van Rens “Bu gün tv”-də olub

Niderlandlı yazıçı Henri Van Rens “Bu gün tv Media Qurumu”nun rəhbəri, Əməkdar Jurnalist Elnarə Dərziyeva ilə görüşüb. Gəlişinin məqsədini açıqlayan qonaq Azərbaycana olan sevgisindən danışıb. Bildirib ki, Xocalı soyqırımı haqqında kitabın müəllifidir və hazırda ölkəmizlə bağlı yeni kitab yazır.

Bugun.tv-yə müsahibə verən Henri Van Rens Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün tez-tez Qarabağa səfər etdiyini deyib. “Artıq 3-cü dəfədir ki, bu ölkədə qonaq oluram. Sevgimdən dolayı illər öncə Azərbaycan gerçəkləri haqda kitab yazmaq qərarına gəldim. Bununla bağlı görüşlər keçirirəm, müsahiblərlə danışıb, onların fikirlərin öyrənirəm. Bütün bunlar kitabımda sübutlarla, vizual görüntülərlə qeyd olunacaq. Araşdırmalarım hələ davam edir”.

H.V.Rens yazacağı kitabı 3 dildə nəşr etdirəcəyini də vurğulayıb.

Müxbir: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Madonna səhnəyə gec çıxdığı üçün məhkəməyə verildi

Aynur Camal

Yeni kitap çap olundu

Kəmalə Sultan

Tanınmış müğəninin konserti baş tutdu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu