Bugun.tv xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzi “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi” ilə bağlı hesabatını təqdim edib.
Qurumun departament müdiri Əziz Əlibəyli bu haqda məlumat verib. “Azərbaycana və azərbaycanlılara qarşı Ermənistanın nifrət nitqindən bəhs edən bir tədbir keçirdik. Biz cəmiyyət olaraq 30 il ərzində həm işğaldan əziyyət çəkmişik, həm də düşmən idealogiyası ilə üz-üzə qalmışıq. Bu idealoji savaş Ermənistanın həm təhsilində, həm mədəniyyətində, incəsənətində, həm də lobbi və diaspora siyasətində özünü göstərib.
Təəssüf ki, onların dərsliklərində, bütün idealoji sferalarında Azərbaycan nifrətini biz görürük. Bu gün Sosial Təhqiqatlar Mərkəzi və Ombudsman qurumunun birgə təşkil etdiyi tədbirin əsas məahiyyəti ondan ibarətdir ki, bu nifrət dilində danışmağa son qoyulsun. Cəmiyyətlər, xalqlar sülf şəraitində yaşamalıdır və Azərbaycan o mövqeyini davam etdirir ki, biz haqlı qalibiyyət üzərindən bu prosesləri qiymətləndiririk və sülh, barış istəyən cəmiyyətlər, xalqların birgə yaşayışına tərəfdar olan, dəstək çıxan da məhz bizik”, – Ə.Əlibəyli deyib.