28 C
Baku
20 İyul 2025, 23:22
Baş xəbərSiyasət

Nigeriya vətəndaşlarını Sudandan təxliyə edəcək

Bugun.tv xəbər verir ki, Nigeriya təhlükəsizlik baxımından 3500 vətəndaşını Sudandan təxliyə edəcək.

Buna səbəb ölkədə ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında yaşanan  toqquşmalardır.

Bu barədə Diasporadakı Nigeriyalılar Komissiyasının sədri Abike Dabiri-Ereva məlumat verib. O, Nigeriya vətəndaşlarının avtobuslarla Misirin paytaxtı Qahirəyə çatdıqdan sonra təyyarə ilə ölkəyə gətiriləcəyini bildirib.

Nigeriyanın xarici işlər naziri Geoffrey Onyeama isə, Sudanda davam edən qarşıdurmalarda həyatını itirən nigeriyalı olmadığını deyib. O, vətəndaşların təxliyyəsində tələbələrə və qadınlara üstünlük veriləcəyini söyləyib.

Xatırladaq ki, aprelin 15-də Sudanın paytaxtı Xartumda ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında qarşıdurmalar baş verib. Toqquşmalar zamanı yüzdən çox insan həyatını itirib.

Mənbə: TRT haber

 

Nigar Məmmədova

Oxşar xəbərlər

Bu bölgədə 3,9 bal gücündə zəlzələ baş verdi

Bugün TV

“Super Ay” və “Şeytan Buynuzu” Günəş tutulması eyni vaxtda görünəcək

Aynur Camal

Roma Papası Fransisk əməliyyat olunmaq üçün xəstəxanaya yerləşdirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu