Bugun.tv xəbər verir ki, Nigeriyanın şimal-şərqində təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatlarda son iki həftədə 36 terrorçu zərərsizləşdirilib.
Ölkənin Müdafiə Nazirliyinin Media Əməliyyatları Direktoru Edvard Buba verdiyi açıqlamada, son iki həftədə şimal əyalətlərində terror təşkilatı Boko Haram və onun silahlı dəstə üzvlərinə qarşı əməliyyatların keçirildiyini bildirib.
Şimal bölgəsinin 5 vilayətində keçirilən əməliyyatlarda 163 silahlı dəstə üzvünün ələ keçirildiyini qeyd edən Buba, terrorçulara və silahlı dəstə üzvlərinə məxsus 37 silah, əl qumbarası və mühüm sursatların ələ keçirildiyi barədə məlumatı paylaşıb. O, əməliyyatlar zamanı terrorçular və silahlı dəstə üzvləri tərəfindən girov götürülən 140 nəfərin də xilas edildiyini bildirib.
Müxbir: İntizar Əmirova
