Nigeriyada leysan yağışların səbəb olduğu daşqınlarda 179 nəfər həyatını itirib.
Milli Fövqəladə Halların İdarə Olunması Agentliyi (NEMA) daşqınlarda ən azı 179 nəfərin həyatını itirdiyini, on minlərlə insanın evlərini tərk etdiyini açıqlayıb.
Açıqlamada, leysan yağışlar və daşqınlardan ən çox zərər görən bölgələrin şimal-qərbdəki 7 əyalət olduğu bildirilib.
Qeyd olunub ki, bu ştatlarda 25 min hektardan çox kənd təsərrüfatı sahəsi zərər çəkib.
Mənbə: İLKHA