11 C
Baku
31 Mart 2026, 21:51
Baş xəbərHadisə

Nigeriyada silahlıların hücumu nəticəsində ölənlərin sayı 160-a çatdı

Şənbə və bazar günləri Nigeriyanın mərkəzindəki Plato əyalətinin bir neçə kəndinə silahlı qruplar tərəfindən həyata keçirilən hücumlarda ən azı 160 nəfər həlak olub. Daha 3 minə yaxın insan zorakılıq təhlükəsi səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.

Bugun.tv xəbər verir ki, bu barədə AFP agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Nigeriya ordusunun sözçüsünə görə, insident dekabrın 24-dən 25-nə keçən gecə Plato əyalətinin Muşu kəndində baş verib.

Qeyd edək ki, may ayından bəri Nigeriyada icmalararası toqquşmalar artıb. Qarşıdurmaların əsas səbəbi torpaq sahələri və su ehtiyatlarına çıxışla bağlı mübahisələrdir. Bəzən bu mübahisələr zorakılıqla müşayiət olunur və silahlı toqquşmalarla nəticələnir.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu