8 C
Baku
22 Dekabr 2025, 5:39
Dünya

Nigeriyada sərnişin qayığı batıb: 20 nəfər ölüb

Qərbi Afrika ölkəsi Nigeriyada sərnişin qayığının batması nəticəsində ilkin məlumatlara görə 18 nəfər həyatını itirib.

Hadisə Benue ştatında baş verib.

Benue polisinin sözçüsü Catherine Anene bazardan qayıdan sərnişinləri daşıyan taxta qayığın Benue çayında batıb.

Qəzada 20 nəfərin həyatını itirdiyi, 11 nəfərin xilas edildiyi bildirilib.

Hadisə şahidi deyib: “Kanoe həddindən artıq yüklənmişdi və bəzi sərnişinlərin ikinci səfəri gözləmək tövsiyəsinə baxmayaraq, hamı eyni vaxtda getməkdə israr etdiyi üçün bu xahişlərə məhəl qoyulmadı. Çayın ortasında taxta qayıq ağaca çırpıldı. parçalandı və 20-dən çox sərnişini, əksəriyyəti qadın və uşaqları öldürdü” deyib.

Qəzadan sonra axtarış-xilasetmə işlərinin davam etdiyi və ölənlərin sayının artacağı ilə bağlı narahatlıqların olduğu bildirilib.

Nigeriyada, xüsusilə yağışlı mövsümdə çaylarda zaman zaman qayıq qəzaları baş verir.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

İtaliyanın Baş naziri Avropa liderləri, ABŞ və Ukrayna prezidentlərinin görüşündə iştirakını təsdiqlədi

Bugün TV

Malatyada zəlzələ baş verdi

Bugün TV

Türkiyə Xarici İşlər Nazirliyindən İsrailə sərt reaksiya!

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu