17 C
Baku
10 İyun 2025, 2:35
Baş xəbərDünya

Nikel zavodundakı partlayışda 13 nəfər öldü

İndoneziyanın Sulavesi adasındakı nikel zavodunda baş verən partlayış nəticəsində azı 13 nəfər həlak olub, çox sayda insan yaralanıb. Yaralıların 17-nin vəziyyətinin ağır olduğu bildirilir.

Bugun.tv BBC teleradio kompaniyasına istinadla xəbər verir ki, həlak olanların səkkizi indoneziyalı, beşi isə çinlidir.

İlkin araşdırmalara görə, partlayış təmir işləri aparılan zaman meydana gəlib. Müəssisədə çox sayda oksigen çənləri olduğu üçün daha bir neçə partlayış və yanğın baş verib. Hazırda yanğın söndürülüb.

İlin əvvəlində həmin müəssisədə etiraz aksiyası zamanı bir neçə nəfər həyatını itirmişdi. Həmçinin bir müddət öncə eyni zavodda baş verən yanğın nəticəsində bir nəfər həlak olmuş, altı nəfər isə yaralanmışdı.

Teymur Əziz

Oxşar xəbərlər

“Qəzza zolağında sərhəd qapıları açılmalıdır”

Aynur Camal

Xiaomi şirkəti qeyri-adi çaydan-qazan buraxdı

Aynur Camal

Bayraq dirəyinə çıxan şəxs son anda xilas oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu