19 C
Baku
8 Sentyabr 2024, 3:17
Dünya

Norveç Kiyevi müdafiə sistemləri ilə təmin etmək üçün koalisiyaya qoşuldu

Bugun.tv xəbər verir ki, Norveç Ukraynanı hava və raketdən müdafiə sistemləri ilə təmin etmək üçün yaradılmış beynəlxalq koalisiyaya qoşulub.

“Ukrayna üçün yeni siqnal: Norveç indi də hava və raket əleyhinə müdafiə üzrə birgə koalisiyanın bir hissəsidir”, – Almaniya Müdafiə Nazirliyinin X sosial media şəbəkəsində verdiyi bəyanatda deyilib.

“Almaniya və Fransanın rəhbərlik etdiyi koalisiyanın məqsədi Ukraynanın inteqrasiya olunmuş hava hücumundan müdafiəsini davamlı şəkildə gücləndirməkdir”, – bəyanatda vurğulanıb.

Ukrayna Müdafiə Nazirliyi Almaniyanın Ramşteyn aviabazasında Ukraynaya hərbi yardımla bağlı keçirilən iclasdan sonra Kiyevi hava və raketdən müdafiə sistemləri ilə təmin edəcək beynəlxalq koalisiyanın yaradıldığını açıqlayıb. Nazirlik Almaniya və Fransanın koalisiyaya rəhbərlik edəcəyini əlavə edib.

Moskva daha əvvəl Ukraynaya silah tədarükü ilə bağlı NATO ölkələrinə nota göndərmişdi. Xarici işlər naziri Sergey Lavrov Rusiyanın Ukrayna üçün silah olan istənilən yükü qanuni hədəf kimi qiymətləndirəcəyini qeyd edib.

Müxbir Qaytən Qasımzadə

Mənbə tass

Bugün TV

Oxşar xəbərlər

Prezident Bayden namizədliyini irəli sürməyi planlaşdırır

Nigar Məmmədova

İndoneziya yeni prezidenti seçəcək ​

Aynur Camal

Baş verən meşə yanğını söndürüldü

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu