8 C
Baku
8 Fevral 2026, 17:14
Baş xəbərSiyasət

“Növbəti “Bayraktar” PUA-ları Polşa ordusuna çatdırılıb”

“Miroslavetsdəki 12-ci PUA bazasında həyata keçirilən sınaqlar uğurla başa çatıb”.

Bugun.tv xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev facebook hesabında paylaşım edib.

Onun sözlərinə görə, ötən ilin yazında Polşa Türkiyədən 24 ədəd “Bayraktar” pilotsuz uçuş aparatından ibarət 4 kompleksin alınmasına dair müqavilə imzalayıb. 6 ədəd “Bayraktar”-dan ibarət ilk dəst 2022-ci ilin oktyabrında Polşaya çatdırılıb. “Onlar tank əleyhinə raketlərlə silahlanıblar. Polşa pilotsuz uçuş aparatları ilə yanaşı, “logistika və təlim paketləri” də, eləcə də texniki xidmət üçün avadanlıqlar alıb. Müqavilənin ümumi dəyəri 270 milyon dollar təşkil edib”,- hərbi ekspert əlavə edib.

 

 

 

Kəmalə Sultan

Oxşar xəbərlər

İspaniya və Portuqaliyada yeni sel təhlükəsi

Aynur Camal

Azərbaycan Türkiyəyə həmrəylik mesajı yayımladı

Aynur Camal

İran–ABŞ nüvə danışıqları başladı: görüşlər Omanda keçirilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu