14 C
Baku
21 Noyabr 2024, 18:25
Baş xəbərDünya

Növbədənkənar ümumi seçkilər oktyabrın 27-də keçiriləcək

Yaponiyada hakim Liberal Demokrat Partiyasının (LDP) prezidenti seçilən və baş nazir postunu tutması gözlənilən İşiba Şiqeru oktyabrın 27-də növbədənkənar ümumi seçkilərin keçiriləcəyini açıqlayıb. LDP-nin keçmiş lideri və Yaponiyanın baş naziri Kişida Fumionun siyasi ianə fondu qalmaqalına görə avqustun 14-də istefa verəcəyini açıqlamasından sonra keçirilən qurultayda seçilən İşiba ilk siyasi sınağına hazırlaşır.

Ötən həftə keçirilən seçkili qurultayda LDP lideri seçilən İşiba parlament iclasından əvvəl keçirdiyi mətbuat konfransında ölkədə parlamentin buraxılacağını və oktyabrın 27-də növbədənkənar ümumi seçkilərin keçiriləcəyini açıqlayıb.

“Yeni administrasiyanın mümkün qədər tez xalqın arbitrajına tabe olması vacibdir” deyən İşiba sabahkı parlament iclasından sonra qurulacaq hökumət üçün “ümumi seçki nə qədər tez baş verərsə, bir o qədər yaxşıdır” deyib.

İşiba, “baş nazir” vəzifəsinə gəlməzdən əvvəl bu açıqlamanı verməsinə reaksiyalara, “Baş nazir olmayan birinin belə bir şey etməsinin qeyri-adi olduğunun fərqindəyəm, amma bunun yersiz olduğunu düşünmürəm” deyə  O, cavab verib.

Kampaniya müddəti 12 oktyabrda başlayır

LDP-nin baş katibi Moriyama Hiroşi erkən ümumi seçki kampaniyasının oktyabrın 12-də başlayacağını açıqlayıb.

LDP və onun koalisiya ortağı Komeitonun üstünlük təşkil etdiyi parlamentdə həftə ərzində İşibanın Yaponiyanın yeni baş naziri elan ediləcəyi dəqiq hesab edilir.

LDP lideri və baş nazir Kişida Fumio avqust ayında partiyadaxili siyasi ianə fondu qalmaqalının ictimaiyyətin siyasətə inamını sarsıtdığı səbəbi ilə istefa verəcəyini açıqlamışdı. Sentyabrın 27-də 9 namizədin iştirak etdiyi qurultayda LDP-nin keçmiş baş katibi, əvvəllər kənd təsərrüfatı və müdafiə naziri vəzifələrində çalışmış İşiba Şiqeru ikinci turda prezident seçkilərində qalib gəlib.

Xatırladaq ki, 2021-ci ilin oktyabrında keçirilən seçkilərdə 15 yer itirilib

Yaponiyada sonuncu ümumi seçkilər 31 oktyabr 2021-ci ildə keçirilib. Hakim LDP 465 yerlik parlamentdə 261 mandat qazanıb, burada 233 yerlə çoxluq əldə edilib. Seçkiyə 276 mandatla daxil olan LDP həmin seçkidə 15 mandatını itirib.

Nümayəndələr Palatasının deputatlarının adi səlahiyyət müddəti normal şəraitdə 2025-ci ilin oktyabrında başa çatmalı idi.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Baş Dövlət Yol Polisi İdarəsinin müraciəti

Aynur Camal

“İran öz ərazisindən bizə hücum etsə, biz də İranı vuracağıq”

Aynur Camal

Türkiyə Rusiyaya toyuq yumurtası ixracına başladı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu