23 C
Baku
9 İyun 2025, 22:42
Sosial

Növbə mədəniyyətimiz hansı səviyyədədir?

Bizdə elə bir mədəniyyət varki, 21-ci əsr olmasına baxmayaraq, hələ də tam formalaşmayıb. Nə qədər maarifləndirmə tədbirləri görülsə də, problem kimi qalmaqdadır. Ya kimsə kiminsə sırsına daxil olur, ya da “mənim işim var, tələsirəm” deyib, özünü qabağa atır.

Növbə mədəniyyəti istənilən dövrdə aktual olub. Hətta problemə çevrilib. Günün pik saatlarında avtobus, metrolarda, bankomatların qarşısında, hətta mağazalarda endirim olduqda, insan izdihamı müşahidə edirik. Əslində bu normaldır. Ancaq onların pərakəndə halda, bir-biri ilə mübarizə apararaq qabağa düşmək istəyi, narazılıqlar, çəkişmələr, növbəsizlik savaşla nəticələnir.

Avropa ölkələrində sıra gözləmək bir mədəniyyətdir. Hətta, xaricdə bunu biznesə çevirənlər də var. Belə ki, növbədə gözləyənin işi çıxdıqda həmin insanlar onun yerinə pul qarşılığında sırada dayanıb, onun gəlişini gözləyirlər. Biz isə xahiş, minnətlə kiminsə yerimizə 5 dəqiqə gözləməsini istəyirik.

Sosioloq Üzeyir Şəfiyev deyir ki, Avropa ölkələrinə baxanda görürük ki, növbə mədəniyyəti ilə bağlı onlar da zaman-zaman bizdəki vəziyyəti yaşayıblar və o çətinlikləri görüblər. Həm ictimai qınaq, həm sosial nəzarət, həm də bəzən inzibati tədbirlər görülüb ki, nəticədə bu növbə mədəniyyəti formalaşsın.

Artıq ölkəmizdə bəzi qurumlarda onlayn növbə sistemi yaradılıb ki, bu da əlavə vaxt itkisinin qarşısını almağa kömək edir. Ancaq əksəriyyət insanlar bundan yararlanmır, fiziki növbəyə üstünlük verir.

Asan xidmətin mətbuat katibi Elnur Niftəliyev bildirir ki, onlayn növbə insanları gərəksiz vaxt itkisindən xilas edir. O deyir ki, bəzən vətəndaşlar onlayn növbə götürdükdən sonra mərkəzə gəlib, istədiyi şöbəyə yaxınlaşır. Ondan 10-15 dəqiqə əvvəl gələn vətəndaş bunu görəndə, narazılıq yaradır ki, “mən bayaqdan gəlib gözləyirəm, amma o indi gəlib”. Bu zaman ona vəziyyəti izah etməli oluruq ki, növbəti dəfə onlayn növbə xidmətindən yararlansın. Bu istiqamətdə maarifləndirmə tədbirləri çox olsa, daha yaxşı olar. Bu daha çox vətəndaş məmnuniyyətinə səbəb olacaq.

Onlayn bilet satışı kütləvi idman yarışlarında da tətbiq olunur. Bilet oyun öncəsi satışa çıxarılsa da, bəzi insanlar onu saatlarla sıra gözləyərək, nağd şəkildə alırlar. Üstəlik, oyun vaxtı içəriyə daxil olduqda belə süni sıxlıq yaradırlar.

Daxili İşlər Nazirliyinin əməkdaşı Nurlan Əliyev çıxış yolunu maarifləndirmədə görür.

O bildirir ki, yarışlarda xüsusi keçid dəhlizləri quraşdırılır ki, vətəndaşlar sıxlıq yaratmasınlar. Amma bəzi hallarda görülən tədbirlərə baxmayaraq, əksəriyyət insanlar süni sıxlıq yaratmaqla, izdihama səbəb olurlar.

Növbənin bizə çatmasını gözləyincə, həm də növbə mədəniyyətini gözləmiş olacağıq. Bu isə ictimai qınaqdan uzaq, gələcək nəsillərə gözəl bir örnəkdir. Mədəniyyətimiz hər zaman qorumağımız diləyi ilə…

Bugün TV

Oxşar xəbərlər

Müdafiə naziri Almatıda Quru Qoşunlarının Hərbi İnstitutunu ziyarət edib

Aynur Camal

Sürücülər törətdikləri xətaya görə hansı məsuliyyəti daşıyırlar? – HÜQUQŞÜNAS AÇIQLAMASI     

Bugün TV

Türk gəncləri “Atatürkü anma, Gənclik və idman” Festivalında bir araya gəliblər

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu