Sanitar vəziyyətin qiymətləndirilməsi, mövcud norma və qaydalara əməl olunmasına nəzarət məqsədilə Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində yerləşən ət kəsimi və satışı məntəqələrində monitorinq keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, keçirilən tədbir zamanı 5 məntəqədə sanitar-gigiyenik normaların pozulması halları aşkar edilib.
Qayda pozuntusuna yol verən şəxslərlə profilaktik söhbət aparılıb. Daha sonra barələrində İnzibati Xətalar Məcəlləsinin 220.2-ci (Yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə) maddəsi ilə protokol tərtib olunaraq Qida Təhlükəsizliyi Agentliyinə göndərilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.
