Ölkəmizdə Novruz bayramı qeyd olunur. Uşaqdan-böyüyə hər kəs bayram ab-havasındadır. Bununla əlaqədar Bugun.tv şəhərdə sakinlər arasında sorğu keçirib. İnsanların bayramla bağlı fikirlərini və əhval-ruhiyyəsəni öyrənib.
“Novruz Azərbaycan xalqının milli bayramıdır. Çox gözəl adət-ənənələri var. Biz uşaq olanda bu bayramın gəlişini səbirsizliklə gözləyirdik. Yumurta döyüşmək, kosa-keçəl, anamın səməni cücərtməsi, şəkərbura-paxlava bişirməsi, qovurğa qovurması mənim üçün yaddaqalan ən xoş xatirələrdəndir. Uşaq olmasam da, indi də o hissləri keçirirəm”,- şəhər sakini bildirib. “Novruz bayramı yenilik deməkdir. Yazın gəlişi ilə insan ruhən yenilənir, enerjisi artır. Sanki qışın bütün yorğunluğu yazda çıxır. Küsülülər barışır, neqativ nə varsa, ondan azad oluruq. Hə, bir də biz xanımlar ən çox yazda qarderobumuzu yeniləyib, təzə geyimlər alırıq”.
Müəllif: Qaytən Qasımzadə
Kərim İbrahimov