28 C
Baku
19 İyul 2025, 11:57
Baş xəbərKriminal

Novxanıda “Makarov” satmaq istəyən şəxs saxlanıldı

Bugun.tv xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Novxanı qəsəbəsində həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.

Bölməyə əvvəllər dəfələrlə məhkum olunmuş Abşeron rayon sakini Emin Əliyevdə silah olması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs saxlanılıb və onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 5 ədəd patron və sandıqça aşkar edilərək götürülüb. Emin Əliyev odlu silah-sursatı bir neçə ay bundan əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı Saray Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Kəmalə Sultan

Oxşar xəbərlər

Narkotik alverçiləri tutuldu

Kəmalə Sultan

Əməliyyatlar zamanı 8 nəfər saxlanıldı

Bugün TV

Polis maşını piyadanı vurdu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu