Bugun.tv xəbər verir ki, saat 21:00 radələrində Abşeron rayonu Novxanı kəndində 46 yaşlı Qasımov Şahlar Müseyib oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan 43 yaşlı Əliyev Cavanşir Əli oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.