14 C
Baku
21 Noyabr 2024, 22:02
Baş xəbərİqtisadiyyat

Noyabrda Belçikadan Azərbaycana ticarət missiyası təşkil olunacaq

Bu ilin noyabr ayında Belçikadan Azərbaycana ticarət missiyasının təşkil edilməsi nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi xəbər verir ki, bu məsələ nazirin I müavini Elnur Əliyevin Belçikanın Azərbaycandakı səfiri Mişel Pitermans ilə görüşündə müzakirə edilib.

E.Əliyev Azərbaycanın Avropa İttifaqı ölkələri, o cümlədən Belçika Krallığı ilə əlaqələrinin inkişaf etdiyini vurğulayıb, qarşılıqlı rəsmi səfərlərin, aparılan danışıqların iqtisadi əməkdaşlığın genişlənməsində mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib, iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən, əczaçılıq sənayesi, kənd təsərrüfatı üzrə əməkdaşlığın gücləndirilməsi, Belçika şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə “yaşıl” enerji layihələrində, habelə, Ələt Azad İqtisadi Zonasında, “Araz Vadisi İqtisadi Zonası” və Ağdam sənaye parklarında iştirakı üçün imkanların olduğunu diqqətə çatdırıb.

Səfir ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini bildirib, yeni əməkdaşlıq sahələri, birgə təşəbbüslərin reallaşdırılması potensialı barədə fikirlərini bölüşüb.

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan Moldovadan buğda tədarükü ilə bağlı razılığa gəlib

Aynur Camal

Egey dənizində 4,1 bal gücündə zəlzələ baş verib

Kəmalə Sultan

“Lufthansa”nın təyyarəsi Bakıya təcili eniş etdi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu