35 C
Baku
20 İyul 2025, 12:07
Baş xəbərDünya

Nümayəndələr Palatasının spikeri miqrasiya böhranında Baydeni günahlandırdı

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri, respublikaçı Mayk Conson miqrasiya böhranında Cozef Bayden administrasiyasını günahlandırıb və problemi həll etmək üçün təcili tədbirlər görməyə çağırıb.

Bugun.tv xəbər verir ki, bu barədə Mayk Consonun Prezident Cozef Baydenə göndərdiyi məktubda deyilir.

Spikerin sözlərinə görə, 2023-cü ildə ABŞ sərhədini təxminən 3,15 milyon qanunsuz mühacir keçib ki, bu da gündəlik 8,4 min insan deməkdir. Vəziyyətin 2024-cü ildə daha da pisləşə biləcəyini vurğulayan Mayk Conson, məktubunda insan qaçaqmalçılığı, cinayətkar qruplaşmaların artması və terror təhlükəsi kimi, miqrasiya böhranı ilə bağlı problemləri də qeyd edib.

“Bütün bunlar Bayden administrasiyasının apardığı siyasətinin birbaşa nəticələridir. Siz qanunsuz mühacirləri məhkəməyə qədər azad etməklə, sığınacaq sahəsində digər ölkələrlə əməkdaşlığı dayandırmaqla və sərhəd səddinin tikintisini saxlamaqla Birləşmiş Ştatların suverenliyini və təhlükəsizliyini təhlükə altında qoydunuz”, – deyə Nümayəndələr Palatasının spikeri bildirib. O, həmçinin Prezident lazımi tədbirləri görməyə və sadalanan məqamlar üzrə miqrasiya siyasətini tənzimləməyə çağırıb.

İntizar Əmirova

Oxşar xəbərlər

WhatsApp bağlı olsa da sizi dinləyir! – ŞOK AÇIQLAMA

Teymur Əziz

Bu üsulla soğan və sarımsağı aylarla təzə saxlamaq olur

Aynur Camal

Denge qızdırması 778 nəfərin həyatına son qoydu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu