24 C
Baku
9 Sentyabr 2025, 23:22
Baş xəbərDünya

Nümayəndələr Palatasının spikeri miqrasiya böhranında Baydeni günahlandırdı

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri, respublikaçı Mayk Conson miqrasiya böhranında Cozef Bayden administrasiyasını günahlandırıb və problemi həll etmək üçün təcili tədbirlər görməyə çağırıb.

Bugun.tv xəbər verir ki, bu barədə Mayk Consonun Prezident Cozef Baydenə göndərdiyi məktubda deyilir.

Spikerin sözlərinə görə, 2023-cü ildə ABŞ sərhədini təxminən 3,15 milyon qanunsuz mühacir keçib ki, bu da gündəlik 8,4 min insan deməkdir. Vəziyyətin 2024-cü ildə daha da pisləşə biləcəyini vurğulayan Mayk Conson, məktubunda insan qaçaqmalçılığı, cinayətkar qruplaşmaların artması və terror təhlükəsi kimi, miqrasiya böhranı ilə bağlı problemləri də qeyd edib.

“Bütün bunlar Bayden administrasiyasının apardığı siyasətinin birbaşa nəticələridir. Siz qanunsuz mühacirləri məhkəməyə qədər azad etməklə, sığınacaq sahəsində digər ölkələrlə əməkdaşlığı dayandırmaqla və sərhəd səddinin tikintisini saxlamaqla Birləşmiş Ştatların suverenliyini və təhlükəsizliyini təhlükə altında qoydunuz”, – deyə Nümayəndələr Palatasının spikeri bildirib. O, həmçinin Prezident lazımi tədbirləri görməyə və sadalanan məqamlar üzrə miqrasiya siyasətini tənzimləməyə çağırıb.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Putin Şoyqu və Patruşevin iştirakı ilə Təhlükəsizlik Şurasının iclasını keçirib

Aynur Camal

Novoselovskoye qəsəbəsi Rusiya tərəfindən nəzarətə götürüldü

Bugün TV

iPhone-lara yeni bir xüsusiyyət gəldi: Genmoji-dən necə istifadə etmək olar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu