10 C
Baku
12 Dekabr 2024, 20:38
Mədəniyyət

Nurlana Arifqızı: “Məqsədimiz Azərbaycanda uşaq modasının inkişafına nail olmaqdır” 

“10 ildir ki Çin Xalq Respublikasında fəaliyyət göstərirdik. Pandemiya ilə əlaqədar  Azərbaycana gəldik. Düşündük ki, uşaqlar üçün faydalı işlər görə bilərik. Buna görə də, uşaq modasını inkişaf etdirmək istədik. Moda deyəndə, bu sözün fonunda həm də böyük əməl durur. Moda, normal həyat tərzi, uşaqlarımızın sağlamlığı, özünəgüvənidir. Elə bu niyyətlə də Azərbaycanda “Xarıbülbül” adlı model agentliyi yaratdıq”.

Bunu Bugun.tv-yə Xarıbülbül Model Agentliyinin rəhbəri Nurlana Arifqızı deyib. O, Azərbaycanda Moda Həftəsi ilə bağlı dəfilədə həm keçirilən tədbir, həm də ölkəmizdə uşaqların modaya olan marağından danışıb.

“Bu gün Ulu öndərimiz Heydər Əliyevin 100 illiyinə həsr etdiyimiz tədbirdə azyaşlı modellərin çıxışlarını nümayiş etdiririk. Biz bu iki ildə demək olar ki, çoxsaylı tədbirlər həyata keçirmişik. Hər bir tədbirimizdə uşaqlarımıza milli qürür, vətənə sevgi aşılamağa çalışmışıq. Biz bunu hazırladığımız çıxışlarımızda da göstərmişik. Qarşıda böyük planlarımız var. Beynəlxalq model agentliyi olduğumuza görə, uşaqlarımızı xarici dövlətlərə çıxarmaq niyyətindəyik. Əgər bu gün tədbir keçirdiyimiz, əməkdaşlıq etdiyimiz Qazaxıstan, Özbəkistan, Türkiyə, Çin Xalq Respublikası və sair bu kimi dövlətlərdə Xarıbülbülün adı çəkilirsə, bu bizim üçün böyük fəxrdir. Çünki Xarıbülbül bizim üçün bir qalibiyyət rəmzidir”.

Nurlana Arifqızı dövrün uşaqlarının modaya olan marağından da söz açıb. “Düzdü, bu gün Azərbaycanda bu sahəyə maraq o qədər də böyük deyil. Xarici dövlətlərdən fəqrli olaraq, modaya sevgi azdı. Ancaq biz çalışırıq ki, valdeyinlər bilsin ki, moda yalnız geyim demək deyil. Bu hər şeydən öncə bir sağlamlıqdır. Uşağın sağlam, xoşbəxt, özünəgüvən hissi ilə böyüməsi çox mühüm məsələdir.  Bununla yanaşı onlar moda və tərz sahəsində artıq zövqlü geyimin nə olduğunu  anlayırlar. Düzgün yeriş, düzgün qamət necə olmalıdır, bütün bunlar uşaqlara aşılanır. Məqsəd isə birdir – insanlara moda sahəsini sevdirmək. Düşünürəm ki, yaxın zamanlarda buna tam şəkildə nail ola biləcəyik”, – Xarıbülbül Model Agentliyinin rəhbəri N.Arifqızı əlavə edib.

Biz də Bugun.tv olaraq, bu sahənin inkişafında agentliyin bütün kollektivinə və azyaşlı modellərə uğurlar arzulayırıq!

Mənbə: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Mobil Əhmədov yad edilib

Aynur Camal

İsrailin Eurovision-a təqdim etdiyi ikinci mahnı da rədd edildi

Bugün TV

Xalq artisti Nəsibə Zeynalovanın 107-ci ildönümü tamam oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu